Sosial liberalizm

Sosial liberalizm, müasir liberalizm və ya islahat liberalizmi olaraq da bilinir,[1] fərdi azadlıq və sosial ədalət arasında tarazlıq yaratmağı məqsəd qoyan siyasi bir ideologiyadır. Bazar iqtisadiyyatı, klassik liberalizm kimi, vətəndaş və siyasi hüquqların tanınması və azadlıqların genişlənməsi ilə uyğunlaşır, bununla yanaşı, hökumətin qanuni rolunda yoxsulluq, səhiyyə və təhsil kimi iqtisadi və sosial məsələlərin yer aldığı fikri mövcuddur. Sosial liberalizmdə cəmiyyətin yaxşılığı fərdin azadlığı ilə ölçülür.[2] İkinci Dünya Müharibəsindən sonra dünyanın bir çox ölkəsində sosial liberal ideyalar qəbul edildi.[3][4][5][6][7][8]

Müasir liberallar rifah anlayışlarını bərabər imkanlar əsasında müdafiə etdilər. Mövcud sosial şəraitdən fərdlər və qruplar zərər görərsə, hökumətin bu zərərləri azaltmaq və ya aradan qaldırmaq üçün sosial vəzifələri var. Vətəndaşlar yaşayış, təhsil və iş hüququ kimi müxtəlif rifah və sosial hüquqlara malikdirlər. Sosial liberalların fikrincə, dövlət iqtisadiyyatın idarə edilməsində, heç olmasa onun tənzimlənməsində cavabdeh olmalıdır.

Termin, siyasi və iqtisadi fikirləri bir neçə əsr boyu suverenliyini qoruyan klassik liberalizmdən fərqlənmək üçün istifadə olunur. 20-ci əsrin sonlarına doğru sosial liberalizmə reaksiya, pul iqtisadi siyasətinin və dövlət xidmətlərinin problemlərinin azalmasına səbəb olan, əksər hallarda neoliberalizm adlandırılan məktəb tərəfindən göstərildi. Ancaq bu reaksiya klassik liberalizmə qayıtmaqla nəticələnmədi. Hökumətlər sosial xidmətlər göstərməyə davam edir və iqtisadi siyasət üzərində nəzarəti saxlayırdılar.[9]

  1. See, for example, Eldon J. Eisenach, "Mill's Reform Liberalism as Tradition and Culture." Political Science Reviewer, no. 24 (1995), pp. 71–146.
  2. The history of European liberalism (1959), Guido De Ruggiero, pp. 155–157
  3. "Fauks, Keith. Political Sociology: A Critical Introduction. Edinburgh University Press, 1999, page 73". 2015-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
  4. Adams, Ian (2001). Political Ideology Today (Politics Today). Manchester: Manchester University Press. ISBN 0-7190-6020-6.
  5. Slomp, Hans (2000). European Politics Into the Twenty-First Century: Integration and Division. Westport: Greenwood Publishing Group. ISBN 0-275-96814-6.
  6. Liberalism in Modern Times: Essays in Honour of Jose G. Merquior. Budapest: Central European University Press. 1996. 185866053X.
  7. Hombach, Bodo (2000). The politics of the new centre. Wiley-Blackwell. ISBN 978-0-7456-2460-0.
  8. Women's access to political power in post-communist Europe. Oxford: Oxford University Press. 2003.
  9. "Fauks, Keith. Political Sociology: A Critical Introduction. Edinburgh University Press, 1999, pages 71–75". 2015-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search